Azərbaycanda rubl 9 illik maksimumu yeniləyib.
Azərbaycan Mərkəzi Bankı (AMB) rublun məzənnəsini 0,0301 manat səviyyəsində müəyyənləşdirib.
Ötən günlə müqayisədə rubl 1,35% bahalaşıb.
Sonuncu dəfə 2008-ci il noyabrın 10-da 1 manat 3 qəpiyə bərabər olub.
Qeyd edək ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən ilin 11 ayı ərzində ölkələr arasından ticarət dövriyyəsi 1 mlrd. 735 mln. 250,58 min dollar təşkil edib.
Bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 12-si ilə müqayisədə 0,7% möhkəmlənərək 1,7867 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,86% möhkəmlənərək 1,8970 manat olub.
Türkiyə lirəsinin məzənnəsi 3,67% möhkəmlənərək 0,4742 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1739 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,38%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi də 3,47% zəifləyərək 0,6257 manat olub. /"APA-Economics"

Şərhlər