AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ötən 2016-cı ildə Amerika aviasərnişinlərindən 3391 ədəd odlu silah götürülüb.
«Guns.com» nəşrinin məlumatına görə, ABŞ nəqliyyat təhlükəsizliyi Agentliyi ötən il ərzində 738 milyon 318 min 264 aviasərnişini, 466 milyon vahid yükü və 24,2 milyon aeroport qulluqçusunu yoxlayıb.
Agentliyin əməkdaşları əl yükündə və paltarların cibində 3391 ədəd odlu silah tapıblar. Bu, 2015-ci ildəkidən 28 faiz çoxdur. Bu zaman xəbər verilir ki, silahların 83 faizi «dolu» vəziyyətində olub.
Odlu silahdan əlavə çoxlu sayda soyuq silah və təhlükəli predmet də götürülüb.
Təcrübə göstərir ki, Amerika aeroportlarında müsadirə olunan odlu silahların statistikası planlı şəkildə yüksəlir. Belə ki, 2005-ci ildə cəmi 660 silah müsadirə olunub və bu rəqəm getdikcə artaraq, ötənilki rekord göstəriciyə çatıb.


Şərhlər