Menu

"Barselona" Messi haqqında dediklərinə görə klub direktorunu işdən çıxarıb

13.01.2017, 23:48

messiQratakos klubun mövqeyi ilə üst-üstə düşməyən fikri aşkarcasına ifadə etdiyi üçün işdən qovulub

Kataloniyanın "Barselona" klubunun rəhbərliyi komandanın İspaniya Kral Futbol Federasiyası ilə əməkdaşlığa cavabdeh olan klub direktoru Pere Qratakosu argentinalı hücumçu Lionel Messi haqqında dediklərinə görə işdən çıxarıb.

"Report" xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.

Yanvarın 11-də İspaniya Kuboku çərçivəsində "Atletik Bilbao" ilə keçirilən və Messinin bir qol ilə fərqləndiyi matçdan (3:1) sonra Qratakos bildirib ki, "Barselona" növbəti mərhələyə təkcə argentinalının sayəsində keçməyib, qələbə bütün komandanın zəhməti hesabına mümkün olub, belə ki, tərəfdaşsız o belə yaxşı futbolçu ola bilməzdi".

"Barselona"nın mətbuat xidməti öz bəyanatında qeyd edib ki, Qratakos klubun mövqeyi ilə üst-üstə düşməyən fikri aşkarcasına ifadə etdiyi üçün işdən qovulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol