Menu

Human Rights Watch-dan daha bir hesabat

14.05.2014, 15:22
Human Rights Watch-dan daha bir hesabat

"Azərbaycan Avropa Şurasında sədrliyi ərəfəsində repressiya siyasətini gücləndirib"

Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayan Azərbaycan insan hüquqları sahəsində bu təşkilatın qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə geri qalır. Bu barədə Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatının “Azərbaycan: yeni həbslər və tənqidi səslərin məhkəməsi” adlı yeni araşdırmasında deyilir. Araşdırma Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyə başlaması ilə əlaqədar yayılıb.

“Avropa Şurası insan hüquqları sahəsində aparıcı təşkilatdır, lakin Azərbaycan sədrliyə onun standartlarına məhəl qoymadan başlayır”, - qurumun Cənubi Qafqaz üzrə baş araşdırmaçısı Georgi Qoqiya bildirib.

“Avropa Şurası açıq şəkildə Azərbaycan rəhbərliyinə bildirməlidir ki, hökuməti tənqid edən səslərin həbsə alınması ədalətsizlikdir və onlar dərhal azad edilməlidir, insan hüquqları və demokratiya sahəsində geniş islahatlar aparılmalıdır”, - o vurğulayıb.

Sənəddə qeyd olunur ki, son 2 ildə Azərbaycan hakimiyyəti ən azı 38 siyasi fəal, jurnalist və blogeri uydurma ittihamlarla təhlükə və cinayət təqiblərinə məruz qoyub, onların çoxu həbs edilib.

Cinayət araşdırmalarının vəziyyəti, məhkəmə çəkişmələri zamanı çoxsaylı pozuntular bu ittihamların uydurma olmasına, məqsədin müstəqil fəallığa və hökuməti tənqidə görə cəzalandırmaq olmasına şübhə doğurmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol