«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Davos ümumdünya iqtisadi Forumu çərçivəsində Ukraynanın Prezidenti Pyotr Poroşenko Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyasının Baş katibi, ÇXR sədri Si Tszinpinlə görüşüb. Bu barədə Ukrayna liderinin saytı xəbər verib.
Görüşün gedişində Poroşenko ÇXR liderindən «Rusiyanın təcavüzünün qarşısının alınması və Krımın qaytarlımasına» köməklik göstərməyi istəyib.
«Baş katib qeyd edib ki, Çin Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və Ukrayna xalqının seçimini dəstəkləyir. Ukraynanın dövlət başçısı isə ümid etdiyini bildirib ki, Çin Donbasdakı vəziyyətin dinc yolla tənzimlənməsinə və Rusiyanın Ukraynaya təcavüzünün qarşısının alınmasına, Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasına öz töhfəsini verəcək» - deyə, xəbərdə qeyd olunur.
Ukrayna Prezidentinin saytında təsdiq olunur ki, ÇXR və Ukrayna arasında regional və qlobal səviyyədə qarşılıqlı fəaliyyət göstərilməsi barədə razılığa gəlinib.
Xatırladaq ki, 2015-ci ilin dekabrında Çin və Ukrayna «Rusiyadan yan keçməklə, daşımaların artırılması» barədə razılığa gəliblər.

Şərhlər