Menu

Azərbaycanın və daha 5 ölkənin döyüş ustaları Bakıya toplaşır - VİDEO

18.01.2017, 00:05
Azərbaycanın və daha 5 ölkənin döyüş ustaları Bakıya toplaşır - VİDEO

Yanvarın 20-22-si tarixlərində Bakıda Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycanla yanaşı daha 5 ölkənin idmançıları bu turnirdə mübarizə aparacaq. Karatenin kata və kumite növləri üzrə keçiriləcək turnirdə onlarla idman məktəbindən yüzlərlə idmançı öz ustalığını göstərəcək.

Azərbaycan Milli Karate Federasiyasının Naxçıvan Muxtar Respublikası üzrə rəsmi nümayəndəsi və "Arpaçay" karate klubunun rəhbəri Yavər Hüseynov turnirlə bağlı fikirlərini naxcivantv.az-la bölüşüb:

“Turnirin yadda qalan olması üçün əlimizdən gələni edirik. Artıq turnirlə bağlı hazırlıqlarımız demək olar ki, yekunlaşıb. Möhtəşəm bir yarış həyəcanı bizi gözləyir. Karatesevərlər turnirdən zövq alacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol