Menu

Seneqal Qambiyaya qoşun yeritməyə hazırlaşır

19.01.2017, 09:00
Seneqal Qambiyaya qoşun yeritməyə hazırlaşır

Seneqal ordusu prezident Yəhya Camme istefaya getməzsə, qoşunun Qambiya ərazisinə girməyə hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, ordu artıq iki ölkənin sərhədinə çıxarılıb.

"Biz hazırıq və gecəyarısına qədər gözləyəcəyik. Əgər məsələ siyasi yolla öz həllini tapmazsa, müdaxilə edəcəyik", - deyə "Reuters" Seneqal ordusu nümayəndəsinin sözlərini sitat gətirib.

Yəhya Camme Qambiyada keçirilən prezident seçkilərini Endryu Berrouya uduzsa da, səlahiyyətlərini təhvil verməkdən imtina edib. Berrou isə Seneqala sığınaraq, ondan postunu tərk etməyini tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol