Menu

“Putin Uqo Çaves sülh mükafatına layiq görülüb” - Venesuela prezidenti

19.01.2017, 09:45
“Putin Uqo Çaves sülh mükafatına layiq görülüb” - Venesuela prezidenti

Rusiya prezidenti Vladimir Putin Venesuelanın keçmiş lideri Uqo Çavesin adına sülh mükafatına layiq görülüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

“Biz Vladimir Putini dünya miqyaslı, çoxqütblü dünyanın lideri kimi qəbul edirik. Rusiya lideri dünyada sülh uğrunda mübarizə aparır. Ondan çox şey öyrənməyə çalışırıq”, deyə N.Maduro vurğulayıb.

Bundan əlavə, N.Maduro tezliklə Rusiyaya səfər edəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, V.Putin Venesuelada təsis edilən yeni mükafatın ilk sahibi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol