Menu

Xəstəxana pasiyentə 1 milyon odəyəcək! - Sağlam böyrəyi çıxarıldığına görə

19.01.2017, 11:03
Xəstəxana pasiyentə 1 milyon odəyəcək! - Sağlam böyrəyi çıxarıldığına görə

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Saxalində (Rusiya Federasiyası) həkim səhvi olaraq sağlam böyrəyi çıxarıldığına görə, xəstəxana pasiyentə 1 milyon rubldan artıq kompensasiya ödəyəcək.

Bu gün Saxalin vilayət məhkəməsi şəhər məhkəməsinin həkim səhvi üzündən sağlam böyrəyi amputasiya edildiyinə görə, pasiyentə mənəvi zərərin kompensasiyası barədə iddia ərizəsi üzrə çıxarmış olduğu qərarı qüvvədə saxlayıb.

İş üzrə məhkəmə-tibbi ekspertiza keçirilib. Ekspertiza göstərib ki, pasiyentə operativ müdaxilə barədə qərar yetərli əsas olmadan qəbul edilib.

Xəstəxana isə məhkəmənin qərarı ilə razılaşmır.

Redaksiyadan: Azərbaycanda həkim yanlışı üzündən pasiyentin bütün daxili və xarici orqanları kəsilib atılsa belə, nə pasiyent, nə onun yaxınları, nə prokurorluq, nə də məhkəmə «yerindən tərpənəsi» deyil. Nədən ki, Azərbaycan cəmiyyəti artıq çoxdan «anabioz» vəziyyətindədir!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol