Menu

Ukraynada meşədə ağır döyüşlər gedir

15.05.2014, 10:25
Ukraynada meşədə ağır döyüşlər gedir

Kramatorskda hərbçilərlə separatçılar arasında döyüşlər gecəboyu davam edib

Ukraynanın Kramatorsk şəhərində hərbi əməliyyatlar davam edir. ANS PRESS-in məlumatına görə, Ukrayna hərbçiləri ilə separatçılar arasında döyüşlər gecəboyu davam edib. Məlumata görə, ukraynalı hərbçilər arasında ölən olmasa da yaralananlar var.

Hərbçilər Kramatorskun 30 km yaxınlığında meşəyə toplaşmış silahlıları zərərsizləşdirməyə çalışırlar. Helikopterlər meşə üzərindən uçuşlar həyata keçirirlər.

Meşədə çərşənbə axşamı günü ukraynalı desantçıları tələyə salaraq onlardan 6-sını öldürərək bir zirehli texnikanı yandıran terrorçuların olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol