Menu

Ölənlərin sayı 282-yə çatdı

15.05.2014, 10:50
Ölənlərin sayı 282-yə çatdı

Soma mədənindəki faciənin miqyası get-gedə böyüyür

Türkiyənin Soma rayonundakı kömür mədənində yaşanan faciədə ölənlərin sayı 282-yə yüksəlib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, enerji və təbii sərvətlər naziri Taner Yıldız bu gün Türkiyə vaxtı ilıə saat 08:00-a aid məlumatı çatdırıb. Məlumatda ölü sayının 282-yə çatdığı bildirilir. 271 cəsəd artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Hadisə növbə dəyişikliyi zamanı baş verib. Buna görə mədəndə iki növbənin əməkdaşları olduğu üçün itkilərin miqyasının böyük olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol