AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Seneqalın ordu hissələri hakimiyyətin yeni seçilmiş Prezident Adame Barrouya ötürülməsini təmin etmək üçün Qambiyaya soxulub. Xəbəri Seneqal ordusunun polkovniki Abdu Ndiayeyə istinadla «Röyters» agentliyi yayıb.
Çərşənbə günü Qambiya milli assambleyası prezident seçkilərini uduzmuş Yayya Cammenin səlahiyyət müddətini uzadıb. Amma o, yanvarın 19-da hakimiyyəti seçkilərdə qalib gəlmiş Adame Barrouya ötürməli idi. Bundan sonra xəbər yayılmışdı ki, Seneqal Qambiya ilə sərhədə qoşun göndərir.
Afrika ittifaqı ölkələri Şurası (AŞ) yanvarın 13-də bəyan etmişdi ki, yanvarın 19-dan etibarən, təşkilat seçkiləri uduzmuş Cammeni legitim dövlət başçısı kimi tanımayacaq.
Bundan əvvəl isə xəbər verilmişdi ki, əgər Camme öz postundan getməsə, Nigeriya və digər Qərbi Afrika ölkələri Qambiyaya girmək üçün birləşmiş ordu qruplaşması yaradır.


Şərhlər