Menu

"Türkiyə ABŞ-ın Güləni ekstradisiya edəcəyinə ümid edir" - Çavuşoğlu

20.01.2017, 14:15
"Türkiyə ABŞ-ın Güləni ekstradisiya edəcəyinə ümid edir" - Çavuşoğlu

Ankara ümid edir ki, ABŞ Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiyasını həyata keçirəcək.

Trend-in məlumatına görə, bunu “Washington Post” qəzetinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir deyib: “ABŞ hökumətinin Güləni təhvil verməkdən imtina etməsi Türkiyədə antiamerika əhval-ruhiyyəsinin yaranmasına səbəb olub. ABŞ Türkiyənin etimadıını bərpa etməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol