Pakistanın Kurram vilayətində tərəvəz bazarında partlayış törədilib.
APA-nın "Associated Press"-ə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 18, yaralananların sayı 51 nəfərə yüksəlib.
Hadisə Paraçinar şəhərində bu gün səhər saatlarında baş verib. Partlayışın əldəqayırma qurğu ilə törədildiyi bildirilir.
Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.


Şərhlər