Menu

Runi Bobbi Çarltonun rekordunu yeniləyib - VİDEO

21.01.2017, 22:15
Runi Bobbi Çarltonun rekordunu yeniləyib - VİDEO

O, Mançester Yunayteddə 250-ci qolunu vurub

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi komandanın heyətində vurduğu qolların sayına görə Bobbi Çarltonun rekordunu yeniləyib.

“Report” xəbər verir ki, 31 yaşlı futbolçu İngiltərə çempionatının 22-ci turunda səfərdə "Stok Siti" ilə oyunda fərqlənib (1:1).

Bu qol Runi üçün “MY”da 250-ci olub.

Runi "Mançester Yunayted"də 2004-cü ildən çıxış edir. Çarlton 1954-1973-cü illərdə klubun heyətində 249 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol