beyn2017-ci ildə Dövlət Neft Fondundan Beynəlxalq Banka ayrılacaq vəsaitin məbləği məlum olub. Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu il Bankın sağlamlaşdırılmasına ən azı 1,5 milyard dollar ayrılacaq.

Həmin vəsaitin məhz birbasa ABŞ dolları ilə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2017-ci ildə Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat və ya 4,2 milyard dollar məbləğində transfer ediləcək. Həmin vəsaitin bir hissəsi Beynəlxalq Bankın sağlamlaşmasına sərf ediləcək.

Qeyd edək ki, ötən il Dövlət Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirib. Başqa sözlə, Fond 2001-ci ildən sonra ilk dəfə kapitalını daxili bazara yerləşdirib. Neft Fondunun 1 milyard dollar depoziti Beynəlxalq Bankın xarici borclarının ödənilməsi üçün istifadə ediləcək.

Onu da qeyd edək ki, ölkədə maliyyə böhranını yaranmasının əsas səbəblərindən biri kimi milyardlarla dollar vəsaitini Beynəlxalq Bankın rəhbərliyi tərəfindən mənimsənilməsi və kredit kimi müxtəlif şəxslərə verilməsi göstərilir. Hansı ki, həmin şəxslər də bu pulları fırıldaqla mənimsəyərək, qaytarmırlar.

Buna görə Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri Cahangir Hacıyev həbsə alınıb. Ondan sonra bu vəzifəyə təyinat alan Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb, barəsində araşdırma aparılır. Mənimsənilən milyardlar isə geri qaytarılmayıb.

Ancaq belə görünür ki, Beynəlxalq Bank dövlətin milyardlarını bundan sonra da "əritməkdə" davam edəcək.

AzPolitika.info