Menu

Dəmir Yolu Vağzalının yanındakı meydan və yol bağlanır

23.01.2017, 21:03

bagli yol temirBakıda Dəmir Yolu Vağzalının yanındakı meydan və yol bağlanacaq.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, ərazi yanvarın 24-ü səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar təmirə bağlanır: "Təmir işləri Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazini əhatə edəcək. Sözügedən ərazidə hərəkətin məhdudlaşdırılması bir-neçə günlük tətbiq edilir. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol