Menu

“Fiç”dən İrəvanla bağlı dəhşətli rəqəmlər

24.01.2017, 21:14

Yerevan_170612_2Ermənistanın dövlət borcu 2016-cı ildə ümumdaxili məhsulunun 56,8%-ni təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə informasiya “Fiç” beynəlxalq reytinq agentliyinin hesabatında yer alıb. Agentlik bu il Ermənistan büdcəsində defisitin miqdarının ümumdaxili məhsulun 3,7%-ni təşkil edəcəyini bildirib.

Proqnoza əsasən, ölkə iqtisadiyyatı yalnız mərhələli şəkildə bərpa oluna biləcək. “Fiç” həmçinin keçən il Ermənistan büdcəsində defisitin ümumdaxili məhsulun 5,6% təşkil etdiyini müəyyən edib.

Qeyd edək ki, Ermənistan Maliyyə Nazirliyinin açıqlamasına əsasən keçən il İrəvanın borcu 17% artaraq 6 milyarda yaxınlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol