Menu

Tramp Çikaqo mafiyasına müharibə elan edir

25.01.2017, 16:43

donald-tramp-1AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp, küçələrində zorakılığın artması səbəbilə, Çikaqo şəhərinin hakimiyyətindən narazılığını bildirib və vəziyyəti düzəltmək məqsədilə şəhərə Federal Təhqiqat Bürosunun (FTB) agentlərini göndərəcəyini vəd edib.

«Əgər, Çikaqo qorxunc «qanlı qəssabxana» vəziyyətini düzəltməsə (2017-ci ildə 228 atışma hadisəsi və 42 ölüm - 2016-cı ildəkindən 24,0 faiz artıq), mən federalları göndərəcəm» - deyə, Prezident öz Tvitterində yazıb.

Yanvarın əvvəlində Tramp Çikqo şəhərinin meri Rom Emmanueli şəhərdə vəziyyətə nəzarət edə bilmədiyi təqdirdə, kömək üçün FTB-a müraciət etməyə çağırmışdı.

Bundan əvvəl xəbər verilmişdi ki, 2016-cı ildə Çikaqoda son 20 il üçün rekord sayda qətl hadisələri törədilib.

2016-cı ilin dekabrında amerikalı reper Kane Uest də Trampla görüşü zamanı Çikaqo küçələrindəki vəziyyəti müzakirə etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol