Menu

Gəncədə intihar - Keçmiş məhkum özünü yandırdı

26.01.2017, 10:18
Gəncədə intihar - Keçmiş məhkum özünü yandırdı

Gəncədə keçmiş məhkum özünü yandırıb. Bu barədə Trend-ə Gəncə şəhər prokurorluğundan məlumat verilib.

Hadisə yanvarın 26-sı gecə saat 02:00 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, I dalan, ev 5-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sultanov Arif Məmməd oğlu yaşadığı evdə üzərinə tez alışan maddə töküb. A.Sultanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol