Menu

Rusiya krediti də bəs etmədi - Ermənistan digər ölkələrdən silah almaq istəyir

27.01.2017, 16:13
Rusiya krediti də bəs etmədi - Ermənistan digər ölkələrdən silah almaq istəyir

Ermənistan Rusiya tərəfi ilə 200 milyon dollar kredit çərçivəsində silah tədarükü ilə bağlı danışıqları davam etdirəcək.

Trend-in Ermənistanın "Aysor" saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri Vigen Sarkisyan deyib.

Nazir qeyd edib: "Rusiya ilə qarşılıqlı fəaliyyət və KTMT çərçivəsində aldıqlarımız silahlı qüvvələrimizin ən müasir silahlara olan ehtiyacını ödəyə bilmir. Buna görə də biz həm Rusiya bazarında, həm də digər ölkələrdən olan tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində silahlı qüvvələrimizin ehtiyacını qarşılamaq üçün bütün imkanlardan istifadə edirik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol