Menu

Aralıq dənizində 1000-ə yaxın miqrant xilas olunub

28.01.2017, 00:00

miqrantiAralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 1000-dən çox miqrant xilas olunub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Son sutka ərzində dənizdə batan 1 miqrantın meyiti aşkarlanıb.

İtaliya daxili işlər nazirliyinin məlumatına görə, ötən il İtaliyaya Aralıq dənizi vasitəsilə 181 min miqrant və qaçqın gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol