Menu

İstanbul polisi irimiqyaslı əməliyyat keçirib - FOTO

29.01.2017, 00:04
İstanbul polisi irimiqyaslı əməliyyat keçirib - FOTO

Türkiyənin İstanbul şəhər polisi irimiqyaslı axtarış-yoxlama əməliyyatı keçirib. "Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib. Məlumata görə, şəhərin bütün ərazilərində keçirilən əməliyyatda 5 mindən çox polis iştirak edib. Əməliyyata 12 polis vertolyotu da havadan dəstək verib.

Şəhərin mərkəzində, habelə giriş və çıxışlarında, əvvəlcədən müəyyənləşdirilmiş ayrı-ayrı ünvanlarda keçirilən əməliyyat zamanı 159 şübhəli şəxs üzərində və avtomobillərdə axtarışlar aparılıb. Əməliyyatda şəhər polisinin rəhbərliyi də iştirak edib.

Hələlik əməliyyat zamanı saxlanılanların olub-olmadığı barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol