AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni yenidən məhkəmə posesinin fiqurantı olacaq.
Sabiq Baş nazir bu dəfə «yetkinlik yaşına çatmamış fahişələrin xidmətindən istifadə işi» üzrə şahidlərin pulla ələ alınmasında günahlandırılır. Bu qərarı Milanın ilkin istintaq məhkəməsi qəbul edib.
Prosesin aprelin 5-də başlanacağı gözlənilir. Ötən il martın 15-də kasasiya məhkəməsi Berluskoniyə bəraət verilməsi barədə qərar çıxarıb. Ancaq prokurorluq yeni təhqiqata başlayıb.

Şərhlər