Menu

ABŞ-ın Yəməni bombardıman etməsi nəticəsində 19 dinc sakin ölüb

29.01.2017, 15:15
ABŞ-ın Yəməni bombardıman etməsi nəticəsində 19 dinc sakin ölüb

ABŞ-ın Yəməndə "Əl-Qaidə" terror təşkilatı üzvlərinə qarşı apardığı xüsusi əməliyyat nəticəsində 16 dinc sakin həyatını itirib. Onların arasında qadın və uşaqlar da var.

"Report" xəbər verir ki, bu barədə yerli məmura istinadən "Frans Press" məlumat yayıb.

Həmçinin, Əl-Beyda əyalətində pilotsuz uçan aparat və vertolyotlar tərəfindən aparılan əməliyyat nəticəsində "Əl-Qaidə" yaraqlısı olduğu ehtimal edilən 41 nəfər zərərsizləşdirilib.

Qeyd olunur ki, bu, Donald Trampın prezident kimi fəaliyyətə başlamasından sonra ABŞ-ın Yəməndə apardığı ilk irimiqyaslı əməliyyatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol