«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kanadanın Baş naziri Castin Trydo ABŞ-n immiqrasiya siyasətinin sərtləşdirilməsinə cavab olaraq, bəyan edib ki, onun ölkəsi bütün millətlərdən olan və ixtiyari inanclı qaçqını salamlayır və deyir: «Kanadaya xoş gəldiniz!» Bu barədə, hökumət başçısı şənbə günü öz «Tvitter»ində yazıb.
«Kanadalılar hər kəsi - terrordan, müharibədən və təqiblərdən qaçan insanların hamısını - inancından asılı olmayaraq hər kəsi - qəbul edəcək. Bizim gücümüz müxtəliflikdədir» - deyə, Baş nazir bəyan edib.
Bundan əvvəl məlum olub ki, Kanadanın bir sıra aviaşirkətləri girişinə qadağa qoyulmuş 7 ölkənin vətəndaşlarını ABŞ-a daşımaqdan imtina ediblər. Bu barədə qərarı «Air Sanada» və «WestJet» şirkətləri elan edib. Bu məhdudiyyət əhalisi əsas etibarilə müsəlmanlardan ibarət olan 7 ölkənin vətəndaşlarına aid edilir.
Bundan başqa, ABŞ Prezidenti Donald Tramp Suriya qaçqınlarının qəbulu üzrə proqramın fəaliyyətinin dayandırılması barədə göstəriş verib.


Şərhlər