AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Norveçin tarixində ilk dəfə olaraq ölkənin hərbi-hava qüvvələrinə (HHQ) qadın hərbçi komandanlıq edəcək.
Buna qədər 49 yaşlı general-mayor Tone Skinnarland sələfinin ölümündən sonra - 2016-cı ilin oktyabrından bu vəzifəni müvəqqəti icra edirdi. Xəbəri «The Local» internet-nəşri yayıb.
Skinnarlandın orduda ümumi xidmət stajı 30 il təşkil edir.
Ümumiyyətlə, son 25 ildə krallıq ordusunda qadınların sualtı qayıq komandiri, qırıcı təyyarə və helikopter pilotu vəzifələrində çalışmasına rast gəlinir.


Şərhlər