Menu

İsrail BMT-ni İranın raket sınaqlarına reaksiya verməyə çağırıb

31.01.2017, 10:21
İsrail BMT-ni İranın raket sınaqlarına reaksiya verməyə çağırıb

BMT Təhlükəsizlik Şurası İranın son raket sınaqlarına reaksiya verməlidir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon bəyan edib.

“Təhlükəsizlik Şurası İranın addımlarına gecikdirmədən cavab verməlidir. İranın hərəkətləri tək İsrail yox, bütün Yaxın Şərq regionu uçun təhlükə kəsb edir”, deyə D.Danon bildirib.

ABŞ mediasının verdiyi məlumata görə, yanvarın 30-da İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol