Menu

Binə-Mərdəkan və Buzovna-Zuğulba yolunu qar bağladı - Sürət həddi azaldıldı

31.01.2017, 10:47
Binə-Mərdəkan və Buzovna-Zuğulba yolunu qar bağladı - Sürət həddi azaldıldı

Paytaxtda daha bir neçə avtomobil yolunda sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, Binə qəsəbəsindən Mərdəkana, eyni zamanda Buzovna-Zuğulba istiqamətində olan avtomobil yollarında sürət həddi bütün zolaqlar üzrə enidirilərək 60 km/saat müəyyən edilib.

Səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.

Agentlik paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol