Menu

Qubada 56 yaşlı kişi intihar edib

31.01.2017, 11:13
Qubada 56 yaşlı kişi intihar edib

Quba rayonunda 56 yaşlı kişi intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba şəhərinin 223-cü Atıcı Diviziyası küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Nazim Ağacan oğlu Allahverdiyev yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. Hadisə şahidləri dərhal Quba Rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər.

Faktla bağlı Quba RPŞ-də araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol