Menu

Yeni Baş prokuror əvəzi Trampın «immiqrasiya fərmanı»nı dəstəklədi

31.01.2017, 14:30
Yeni Baş prokuror əvəzi Trampın «immiqrasiya fərmanı»nı dəstəklədi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-n yeni təyin edilmiş Baş prokuror əvəzi Dana Boyente Prezident Donald Trampın immiqrasiya barədəki fərmanının müdafiəsinə qalxıb. Məlumdur ki, onun sələfi Salli Yeytes bu fərmanı tənqid etdiyinə görə, işini itirib.

«Ədliyyə Nazirliyi tərəfindən aparılmış analizə əsaslanaraq, mən özümdən əvvəlki Baş prokuror əvəzi Salli Yeytsin 30 yanvar 2017-ci il tarixli direktivini ləğv edirəm və nazirliyin əməkdaşlarını öz xidməti vəzifələrinin icrasına və bizim Prezidentimizin məlum fərmanını müdafiə etməyə çağırıram. Bu zaman nəzərə alıram ki, administrasiyanın sərəncamı öz forması etibarilə qanuna uyğundur və lazımi səviyyədə tərtib olunub» - deyə, KİV-i Boyentenin bəyanatından sitat gətirirlər.

Bundan əvvəl xəbər verilmişdi ki, Barak Obama tərəfindən vəzifəyə təyin olunmuş Baş prokuror əvəzi Salli Yeyts Prezidentin fərmanının qanuna uyğun olmadığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol