Menu

Tramp MKİ-i milli təhlükəsizlik Şurasına qaytarır!

31.01.2017, 14:35
Tramp MKİ-i milli təhlükəsizlik Şurasına qaytarır!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Pezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) ABŞ milli təhlükəsizlik Şurasının tərkibinə qaytarmaq niyyətindədir.

Bu barədə xəbəri ABŞ Prezidentinin mətbuat xidməti yayıb.

Ağ evdə qeyd ediblər ki, bu qərar MKİ-nin yeni başçısı Mayk Pompeoya və digər agentlərinə olan hörmət mülahizəsindən irəli gəlir.

Xatırladaq ki, MKİ 2005-ci ildən milli təhlükəsizlik Şurasının üzvü deyil. Ötən istirahət günü Prezident Donald Tramp ABŞ milli təhlükəsizlik Şurasının yenidən təşkili barədə fərman imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol