Menu

NATO Rusiyanı köməyə çağırır!

02.02.2017, 10:42

yens-stoltenberqAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO Rusiyanı Ukraynada atəşkəsin bərpasına kömək etməyə çağırır. Alyansda hesab edirlər ki, Moskva Ukraynanın şərqində zorakılığa son qoymaq üçün separatçılara öz təsirini göstərə bilər.

NATO-nun Baş katibi Yens Stoltenberq xatırladıb ki, bütün tərəflər Minsk razılaşması üzrə öz öhdəliklərini yerinə yetirməlidir.

Son günlər Donbas rayonunda vəziyyət ciddi şəkildə gərginləşib. Atışmaların nəticəsi olaraq, bir sıra şəhərlərin su təchizatında problemlər yaranıb. Həlak olanların və yaralananların sayı artıb.

Ukrayna tərəfi vəziyyətin gərginləşməsində Rusiyanı günahlandırır. Moskva isə ərazidə baş verən hadisələrlə hər-hansı bağlılığının olmadığını bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol