Menu

Hərrac günü “qara bazar”da dollar neçəyədir?

02.02.2017, 10:48
Hərrac günü “qara bazar”da dollar neçəyədir?

Fevral ayının 2-də “qara bazar”da dolların satışında nisbi bahalaşma olub.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı dəyişməyərək 1.92 manat olub.

Satışı isə 1.94 manatdan 1.95 manata yüksəlib.Bu isə ötən gün ilə müqayisədə 0,5% bahalaşma deməkdir.

Bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol