«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Apple» şirkəti Donald Trampın immiqrasiya fərmanının ləğvinə nail olmaq niyyətindədir. Şirkətin başçısı Tim Kukun müsahibəsinə istinadla, bu barədə xəbəri «The Wall Street Journal» yayıb.
«ABŞ, məhz immiqrantlara və ixtiyari mənşəli insanları qəbul etmək keyfiyyətlərinə görə, heç bir ölkənin olmadığı qədər güclüdür. Bu, bizi xüsusi statuslu edəndir. Biz, pauza götürməli və yaranmış vəziyyəti dərindən düşünməliyik» - deyə, Kuk bəyan edib.
Şirkət rəhbərinin sözlərinə görə, Trampın immiqrasiya fərmanı "Apple" şirkətinin bəzi əməkdaşlarına və onların ailələrinə neqativ təsirini göstərib. Kuk qeyd edib ki, «Ağ Evdən olan çox nüfuzlu insanlarla təmasları davam etdirir» və onları inandırmağa çalışır ki, qadağanın aradan götürülməsi nəinki onun şirkəti üçün, həm də bütün ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Bununla bərabər, "Apple"-nin Baş direktoru Trampın məlum fərmanının ləğvi üçün məhkəmə prosesinə başlamağı planlaşdırıb-planlaşdırmadığı barədə bir söz deməyib. Ancaq o, qeyd edib ki, bu məsələdə şirkət konstruktiv və məhsuldar mövqe tutmaq istəyir.
«WSJ»-nin məlumatına görə, ötən həftə Tim Kuk Vaşinqtonda bu problemi İvanka Tramp və onun Ağ Evin Baş müşaviri təyin olunmuş əri ilə müzakirə edib.


Şərhlər