«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynada yaranmış vəziyyətə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Rusiyanın BMT-ki daimi nümayəndəsi Vitali Çurkin Böyük Britaniyaya «vicdanını təmizləməyi» məsləhət görüb.
Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Çurkin belə bir bəyanatla çıxış edir: «Krım barəsində danışmazdan əvvəl qoy, Böyük Britaniya əvvəlcə Folklend adalarını, Gibraltarı, Kiprin bir hissəsini və Hind okeanındakı Çaqos arxipelağını qaytarsın. O zaman mümkündür ki, sizin vicdanınız bir qədər təmiz olsun və siz digər mövzularda müzakirə apara biləsiniz».
Böyük Britaniyanın BMT-ki daimi nümayəndəsi Mettyü Raykroft Ukraynadakı böhranın yaranmasında Rusiyanı günahlandırıb və hər şeyin Krımın Rusiyaya birləşdirilməsindən sonra başlandığını bildirib.
Bundan əvvəl Krım mövzusunda ABŞ-n BMT-ki daimi nümayəndəsi Nikki Heyli fikir söyləyib. O, bəyan edib ki, yarımada Ukraynanın bir hissəsidir və Krım Kiyevin nəzarəti altına qaytarılmayana qədər, Rusiyaya qarşı sanksiyalar aradan götürülməyəcək.
Bunun cavabında Çurkin deyib ki, Krım xalqı referendumda öz iradəsini kifayət qədər aydın şəkildə ifadə edib.


Şərhlər