Menu

Bank sektorunun 1 illik zərəri: 1,7 MLRD MANAT!

03.02.2017, 21:39

SKOREA-ECONOMYAzərbaycanın bank sektorunun 2016-cı ili zərərlə başa vurub.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata istinadən xəbər verir ki, 2017-ci ilin yanvar ayının 1-nə bank sektorunun məcmu zərəri 1 mlrd. 667,6 mln. manat təşkil edib.

Bundan öncə MBNP-nin açıqladığı 11 aylıq statistikada qeyd edilib ki, bank sektorunun zərəri 1 mlrd. 271,5 mln. manatdır.

Ötən ilin noyabrın 1-nə banklar üzrə hesablanmış zərər 969,5 mln. manat, oktyabrın 1-nə isə 1 mlrd. 547,1 mln. manat təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol