Menu

Separatçı rejimin rəhbərlərindən biri öldürüldü

04.02.2017, 12:18
Separatçı rejimin rəhbərlərindən biri öldürüldü

Ukraynanın separatçıların nəzarətində olan Luqansk şəhərində avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb.

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, ölənlərdən biri separatçı “Luqansk Xalq Respublikası” milisinin rəhbəri, polkovnik Oleq Anaşenkodur. Hadisə şəhərin Krasnoarmeysk küçəsində baş verib.

Separatçı rejimin hüquq-mühafizə orqanları əsas versiya kimi terror aktını nəzərdən keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol