«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, «Rusiya Prezidenti ilə ətraflı söhbət» zamanı Belarusun Prezidenti Aleksandr Luakşeno bəyan edib ki, Moskva neftin köməyi ilə Minsklə manipulyasiya edə bilməz, çünki ölkə Rusiyasız da keçinə bilər.
«Rusiyada düşünürlər ki, bizim əlimiz heç yerə çatmaz, amma çatar» - deyə, Lukaşenko bəyan edib. Prezident əlavə edib ki, Belarusun hazırkı siyasəti hansısa bir dövlətə oriyentasiya oluna bilməz, siyasətimiz çoxvektorlu olmalıdır.
Belarus Prezidenti eyni zamanda, guya respublikanın Rusiya ilə Müttəfiq dövlət müqaviləsindən və Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyi barədə yayılan xəbərləri də təkzib edib.
Moskvanın Belarusla sərhəd nəzarətini bərpa etməsi barədəki qərarını şərh edən Lukaşenko deyib ki, Belarusa girişi arzuolunmaz sayılan şəxslərin «vahid qara siyahısı»nda 1,5 milyondan artıq şəxsin adı var. Onların əksəriyyətinin adı Rusiya tərəfindən siyahıya salınıb.


Şərhlər