Menu

Lukaşenko Rusiyanın «sərhəd zonası» qərarını siyasi qərar adlandırıb

04.02.2017, 16:59

lukashenko_lenta-ua.net_1394636349

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Belorusun Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belorusla sərhədində «sərhəd zonası rejimi» tətbiq etmək barədəki qərarını siyasi qərar adlandırıb və onun ləğvinə çağırıb.

«Bu düşünülməmiş, kordinasiya olunmamış addımlar bizim münasibətlərimizi yalnız pisləşdirir. Bunu etmək lazım deyil» - deyə, Prezident qeyd edib.

Lukaşenko onu da xatırladıb ki, Belorus heç vaxt inteqrasiya proseslərinin əleyhinə olmayıb. O, ölkəsinin Avrasiya iqtisadi ittifaqından və Müttəfiq dövlət müqaviləsindən çııxa biləcəyi barədə deyilənləri uydurma adlandırıb.

Lukaşenko Rusiyanı Donald Trampa böyük ümidlər bəsləməməyə çağırıb: «O, rusiyayönlü deyil - o, istisnasız olaraq, Amerikanın maraqlarından çıxış edəcək» - deyə, Prezident bildirib.

Lukaşenko əlaıə edib ki, Trampın Rusiya ilə qarşılıqlı münasibətlər yaratmağa yönəlik bütün «işarə»ləri seçkiqabağı kampaniya çərçivəsində edilmişdi və yarım ildən sonra bu əhval-ruhiyyə tamamilə itib gedəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol