Menu

Suriyada İŞİD-in “paytaxtı”nın mühasirəyə alınması üzrə əməliyyat başlayıb

04.02.2017, 19:20
Suriyada İŞİD-in “paytaxtı”nın mühasirəyə alınması üzrə əməliyyat başlayıb

“Suriya demokratik qüvvələri” silahlı müxalifət alyansının (SDQ) qoşunları İŞİD terror qruplaşmasının paytaxtı hesab olunan Rəqqa şəhərinin tam mühasirəyə alınması məqsədi ilə əməliyyata başlayıb.

“Report” xəbər verir ki, bu barədə SDQ-nin bəyanatına istinadən “Reuters” məlumat yayıb.

“Əməliyyat ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin havadan dəstəyi ilə həyata keçirilir”, - deyə bəyanatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol