Menu

Tramp hakimə etiraz etdi - “Gülməlidir”

04.02.2017, 20:58
Tramp hakimə etiraz etdi - “Gülməlidir”

“Bu hakim adlandırılan şəxsin qərarı gülməlidir və ona etiraz olunacaq”

ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə qadağanın qoyulmasına dair fərmanın icrasını federal səviyyədə dayandıran hakim Ceyms Robartın qərarına etiraz edəcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə o öz “Twitter” mikrobloqunda yazıb.

“Bu hakim adlandırılan şəxsin mahiyyət etibarı ilə ölkəmizdə qanunun icrasını təmin etməyən qərarı gülməlidir və ona etiraz olunacaq”, - deyə o yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol