Menu

 "Fransa NATO-dan çıxmalıdır" - Marin Le Pen

04.02.2017, 23:00
 "Fransa NATO-dan çıxmalıdır" - Marin Le Pen

Bu barədə o seçkiqabağı proqramında bildirib

Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen ölkəsinin NATO-nun tərkibindən çıxmasının zəruri olduğunu hesab edir.

“Report” xəbər verir ki, bu barədə o öz seçkiqabağı proqramında deyib.

Le Penin 144 vədi arasında Fransanın Avropa İttifaqından çıxmasına dair referendum, miqrant qəbuluna kvota qoyulması, təqaüd yaşının azaldılması, sosial ödənişlərin artırılması və gəlir vergisinin azaldılması da var.

“Bu proqramın məqsədi, hər şeydən əvvəl, Fransanın azadlığını özünə qaytarmaq və insanlara səs hüququ verməkdir”, — deyə o bildirib.

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də keçirilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol