Menu

Pakistanda qar uçqunu nəticəsində 14 nəfər həlak olub

05.02.2017, 14:11
Pakistanda qar uçqunu nəticəsində 14 nəfər həlak olub

Ölənlərdən 6-ı uşaq, 6-ı isə qadındır

Pakistanın şimal-qərbindəki Hayber-Pahtunhva vilayətinin Çitral dairəsində baş vermiş qar uçqunu nəticəsində azı 14 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Dawn" qəzeti xəbər verib.

Məlumata görə, ölənlərdən 6-ı uşaq, 6-ı isə qadındır. Xəbərdə bildirilir ki, Şer Şal rayonundakı kəndlərdən biri, o cümlədən 25 ev qar altında qalıb. Daha 5 ev isə tamamilə dağılıb.

Uçqunlar altından çıxarılmış 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həmin dairədə, Arundu rayonu ərazisində bir neçə saat sonra Pakistan-Əfqanıstan sərhədləri yaxınlığındakı polis postu da qar uçqununa məruz qalıb. Nəticədə yeddi asayiş keşikçisi xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol