Menu

Sabah şəhid Çingiz Qurbanovla vida mərasimi keçiriləcək

05.02.2017, 20:06
Sabah şəhid Çingiz Qurbanovla vida mərasimi keçiriləcək

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçiriləcək.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, şəhidlə vida mərasimi fevralın 6-da səhər saat 09:30-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol