Menu

Bakıda polkovnik-leytenantı maşın vurub

19.05.2014, 10:17
Bakıda polkovnik-leytenantı maşın vurub

Bakıda yüksək rütbəli hərbçini maşın vurub.Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

“Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub.

Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol