AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, yanvarın 27-də Ernando dairəsində (ABŞ, Florida ştatı), ərazinin müasir tarixində ən böyük partiya sayılan heroin və kokain partiyası müsadirə olunub. Onun qara bazardakı qiyməti təxminən, 100 min dollar təşkil edir.
Narkotiklərin hərəkətinin yeni sxemini yerli şerif aşkar edib. Ələ keçirilmiş narkotiklərin həcmi 5,5 min doza (5,5 min paket) təşkil edir.
Maraqlıdır ki, narkotiklərin tarası üzərində ABŞ Prezidenti Donald Trampın, «Korotışka» ləqəbli meksikalı narkobaronun və mərhum narkobaron Pablo Eskobarın əksi həkk olunub.


Şərhlər