Menu

Belçika dünyada ilk tam spirtsiz pivə istehsal edib

06.02.2017, 23:02
Belçika dünyada ilk tam spirtsiz pivə istehsal edib

Belçikada dünyada ilk dəfə tam spirtsiz pivə istehsal edilib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, “AB InBev” şirkətinin mütəxəsisləri bir neçə il aparılan araşdırmalar nəticəsində pivə istehsalında innovativ metod tətbiq ediblər.

Yeni metod dadına görə spirtli pivədən heç nə ilə fərqlənməyən tam spirtsiz pivə istehsal etməyə imkan verib.

Belçika pivə istehsalçıları bildiriblər ki, hazırda spirtsiz pivənin tərkibində spirtin həcmi 0,5-1,2 faiz təşkil edir və dadına görə orijinal pivədən fərqlənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol