Menu

İsrail Qəzzaya yeni raket zərbələri endirib

07.02.2017, 00:02

Qezza-bombardmanTələfat barədə məlumat yoxdur

İsrail aviasiyası və artilleriyası bazar ertəsi axşam Qəzza Zolağı ilə sərhəddə hərbçilərinin atəşə tutulmasından sonra Fələstin döyüşçülərinin mövqelərinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bu, gün ərzində artıq ikinci zərbə mübadiləsidir. Hər iki tərəfdən itki barədə məlumat yoxdur.

"HHQ İsrailin yaşayış məntəqəsinə atılan raketə və hərbçilərə hücumuna cavab olaraq HƏMAS-ın üç postuna zərbə endirib", - deyə press-relizdə bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol