Menu

Soçinin baş ravvinini Rusiyadan qovurlar!

07.02.2017, 12:47
Soçinin baş ravvinini Rusiyadan qovurlar!

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Soçi şəhərinin baş ravvini Arye Edelkopfu Rusiyadan çıxarırlar. Daxili İşlər Nazirliyi (DİN) bunun nə ilə bağlı olduğunu açıqlamır.

Edelkopfun sözlərinə görə, deportasiya onun bütün ailə üzvlərini gözləyir. Ravvin bildirir ki, polis qanuna istinad edir. Bu qanuna əsasən, əgər əcnəbi Rusiyada mövcud quruluşun güc yolu ilə dəyişdirilməsinə çağırışlar edirsə və ya digər fəaliyyəti ilə təhlükəsizliyə təhdid yaradırsa, müvəqqəti yaşamaq barədə ona verilmiş icazə ləğv olunur. O, məhz nədə günahlandırıldığını dəqiqləşdirməyib.

Federal yəhudi icması ravvinin müdafiəsinə qalxıb. Orada bəyan ediblər ki, Soçidə yaşadığı 16 il ərzində Edelkopfu yalnız bircə məsələ maraqlandırıb - Soçi şəhərindəki yəhudilərə «tam dəyərli yəhudi həyatı» yaşamağa imkan yaratmaq.

Krasnodar diyarı miqrasiya idarəsindən bildiriblər ki, ravvinin deportasiyası barədə qərar ötən ilin son günlərində məhkəmə tərəfindən çıxarılıb. Ravvinin azyaşlı uşaqlarının sənədləri də ləğv olunub və onlar da deportasiya olunacaq.

Edelkopf deportasiya barədə qərardan şikayət verə bilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol